Ronaldinyo Kolumbiya klubunun formasını geyinəcək – Rəsmi

Braziliya milli komandasının və “Barselona”nın sabiq üzvü Ronaldinyo yenidən yaşıl meydanlara qayıdır.

Komanda.az xəbər verir ki, sabiq yarımmüdafiəçi “Santa Fe” klubunun heyətində yoxlama oyununa çıxacaq. Bu barədə Kolumbiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oktyabrın 17-də keçirilməsi planlaşdırılan oyunda rəqib məlum deyil.

Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş Ronaldinyo, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.