Ronaldinyonun apelyasiya şikayəti təmin edilmədi

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun ev dustaqlığı davam edəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçinin apelyasiya şikayəti təmin olunmayıb. Buna görə də, Ronaldinyonun ev dustaqlığı davam edəcək.

Ronaldinyo və qardaşı Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılıb.