
“Böyük klublarda qısa zamanda uğur tələb olunur” – “Neftçi”nin idman direktoru
“Bəzən narahatlıq və qəzəb klub daxilində də olur. Böyük klublarda qısa zamanda uğur tələb olunur”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.
İsveçli funksioner hazırda uzun məsafəli hədəflərə enerji sərf etdiklərini deyib:
“Bazanın təmirinə vaxt ayırırıq. Bunun nəticəsini sabah “Zirə” ilə oyunda görməyəcəksiz. Bəzən irəliyə doğru iki addım atmaq üçün bir addım geri getmək lazımdır”.
Andersson onun dönəmində komandaya cəlb edilmiş futbolçulardan da danışıb:
“Konte və Moreno gəncdirlər. Onların liqaya, ölkə mədəniyyətinə uyğunlaşmaları üçün müddət lazımdır. Morenonun oyununu müəyyən qədər görmüşük. Nəzərə almaq lazımdır ki, onlar üç aydır buradadırlar. Onların ən yaxşı performanslarını görməmişik. Yayda “Neftçi”də deyildim, amma transfer barədə məlumat verilib. Oyunçuların qısa müddət ərzində kluba cəlb edildiyi deyildi. Məşqçinin təsdiqlədiyi və bəyəndiyi oyunçuları almaq lazımdır. Əks halda, bu, problem yarada bilər”.
Bizi Facebook-da izləyin



