ABŞ millisinin hücumçusu “Borussiya”ya keçə bilər

Dortmund “Borussiya”sı “Monako”nun hücumçusu Folarin Baloqunu transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi ABŞ millisinin üzvünü Kərim Adeyeminin mümkün gedişinə əvəzləyici kimi nəzərdən keçirir. Adeyemi artıq “Barselona”ya keçidlə bağlı demək olar ki, razılıq əldə edib.

Baloqun “Monako”ya 2023-cü ildə “Arsenal”dan 30 milyon avro qarşılığında transfer olunub. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. 25 yaşlı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyuna çıxaraq, 19 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button