Argentina millisinin üzvü “Tottenhem”ə keçəcək

Argentina millisinin və “Bornmut”un müdafiəçisi Markos Senesi karyerasını “Tottenhem”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu London klubuna azad agent kimi keçəcək və tərəflər müddəti 4 il olan müqavilə imzalayacaq.

Daha əvvəl onun xidmətində “Mançester Yunayted” və “Çelsi”nin də maraqlı olduğu bildirilirdi.

Argentinalı müdafiəçi son mövsümdə Premyer Liqada 37 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button