Jiru üçün mübarizəyə bir klub da qoşuldu

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Olivye Jiru daha bir klubun maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Bordo” da 33 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. Fransa təmsilçisi “zadəganlar”ın futbolçunun məvacibinin bir hissəsini öz üzərinə götürəcəyinə və ya Jirunun məvacib tələbində güzəştə gedəcəyinə ümid edir.

Eyni zamanda, “İnter”in də hədəfində olan futbolçu, “Çelsi”də rəhbərliyi altında oynadığı Antonio Konte ilə birlikdə çalışmaq istəyir. Futbolçunun qış transfer dövründə “Çelsi”dən ayrılacağı gözlənilir.

2018-ci ildən “Çelsi”də çıxış edən Jiru, cari mövsümdə iştirak etdiyi 7 oyunda bir qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button