Argentina millisinin futbolçusu MLS klubunda

“Boka Xuniors”un və Argentina millisinin üzvü Kristian Pavon karyerasını MLS-də davam etdirəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Los Anceles Qalaksi” klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pavon, 2019-cu ilin sonuna kimi “Los Anceles Qalaksi”də çıxış edəcək.

2014-cü ildən “Boka Xuniors”da çıxış edən Pavon, 11 dəfə formasını geyindiyi Argentina millisində 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button