“Bizi inanılmaz bir tamaşa gözləyir” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun yarımfinalının “İnter”ə qarşı keçiriləcək cavab oyunundan gözləntilərini bölüşüb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Alleqri azarkeşləri inanılmaz tamaşa gözlədiyini bildirib:

“İnter” – “Yuventus” oyunları həmişə əla olur. Hər iki komanda finala yüksəlmək istəyir. Bizi inanılmaz bir tamaşa gözləyir. Məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik.

Sakit şəkildə, amma finala çıxmaq arzusu ilə hazırlaşmalıyıq. Tapşırığın öhdəsindən gəlsək və bəxt bizim tərəfimizdədirsə, o zaman qələbə bizim olacaq”.

Komandaların ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Cavab matçı aprelin 26-da, Milanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button