“Bizdən 4:0 hesablı qələbə gözləyirdizsə…” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq”lə qarşılaşmasından sonra (1:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qeydə alınan “sülh”ü yaxşı nəticə hesab etdiyini deyib:

“İkinci hissədə bir addım belə, irəliyə doğru hərəkət edə bilmədik. Onlar daha sıx oynamağa başladılar. Buraxdığımız qoldan sonrakı 20 dəqiqəni daha yaxşı keçirdik. Həm birinci, həm də ikinci hissədə yaxşı anlarımız oldu. Heç-heçə yaxşı nəticə sayıla bilər.

Təkcə ilk hissədə yox, matç boyu futbolçularımın oyunundan razı qaldım. Artıq bir çox güclü komandalar turnirdən kənarda qalıb. Bizdən 4:0 hesablı qələbə gözləyirdizsə, üzr istəyirəm. Biz bunu edə bilməzdik”.

“Mançester Siti” – “Leyptsiq” cütünün cavab oyunu martın 14-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button