“Biz ümumiyyətlə, penaltiyə hazırlaşmırıq” – Qurban Qurbanov

Azərbaycan Kubokunda “Qarabağ” – “Zirə” finalından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, sözlərinə rəqib komandanı təbrik edərək başlayıb:

“Oyun barədə danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu və azarkeşlərimiz təbrik edirəm”.

Qurbanov penaltilər haqqında da danışıb:

“Biz ümumiyyətlə, penaltiyə hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button