“Noyerin geri qayıtmasından çox məmnunuq” – Klub prezidenti

“Bayern”in prezidenti Herbert Hayner bu yaxınlarda ciddi zədədən qayıdan qapıçı Manuel Noyer haqda danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun ən yaxşı qapıçı statusunu bərpa etmək yolunda olduğunu söyləyib:

“Biz uzun müddət yoxluqdan sonra Noyerin geri qayıtmasından çox məmnunuq. O, artıq özünün əvvəlki versiyası olmağa doğru irəliləyir. Noyer dünyanın ən yaxşı qapıçısı və Almaniya millisinin “bir nömrə”si statusunu bərpa etmək yolundadır”.

“Barselona”nın qolkiperi Mark-Andre ter Ştegen Noyerin zədələnməsindən sonra Almaniya millisinin əsas qapıçısı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button