“Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində bu gün Rusiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesablı qələbəyə sevindikləri qarşılaşmadan sonra bunları söyləyib:

“Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artırdı. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım.

Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdi. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button