Zaqatalada darmadağın, “Qarabağ”dan qələbə, “Neftçi”dən xal itkisi

Azərbaycan 1-ci divizionunda 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” – “Zirə-2” matçında hesab açılmayıb. Səfərdə “Mingəçevir”lə qarşılaşan “Turan Tovuz”un əvəzediciləri darmadağına sevinib. “Qəbələ”nin ikinci komandası da MOİK-lə səfər matçından qalib ayrılıb.

“Səbail” və “Sumqayıt”ın əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Neftçi” ilə “Kəpəz”in əvəzediciləri də heç-heçə ilə “sülh bağlayıblar”. “Zaqatala” doğma meydanda “Şamaxı”nın ikinci komandasını 4 cavabsız qolla yenib. “Qarabağ”ın əvəzediciləri isə “İmişli” ilə oyundan qalib ayrılıb.

Birinci divizion, 9-cu tur

25 oktyabr

MOİK – Qəbələ-2 2:4
Qol
: İlham Allahverdiyev, 33; 71 – Fərid İsgəndərov, 5. Süleyman Damadayev, 56. Rauf Məhərrəmov, 59-pen. Əli Mürsəlov, 90+4.
Hakimlər: İslam Məmmədov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

Mingəçevir – Turan Tovuz-2 0:3
Qol: Vüsal Məsimov, 30. Elçin Qasımov, 41. Akif Tağıyev, 76.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30.

Qaradağ Lökbatan – Zirə-2 0:0
Hakimlər: Elvin Bayramov, Ruslan Quliyev, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Lökbatan OİK stadionu, 14:30.

26 oktyabr

Səbail-2 – Sumqayıt-2 2:2
Qol: Ayaz Mikayılov, 4. Balamirzə Soltanov, 58 – Cavid Quliyev, 37-pen. Cavidan Abbaszadə, 64.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabarov.
“ASCO Arena”, 14:00.

Zaqatala – Şamaxı-2 4:0
Qol: Cəlal Cəbrayılov, 27; 50; 79. Valeh Qəhrəmanlı, 88.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Zaqatala OİK stadionu, 14:00.

Qarabağ-2 – İmişli 1:0
Qol: Ruslan Bayramov, 84.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 14:00.

Neftçi-2 – Kəpəz-2 1:1
Qol: Vüsal Əsgərov, 45+1 – Rauf Əliyev, 30.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança 15:00

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button