Birinci və ikinci liqaların püşkü atıldı

Bu gün futzal üzrə Birinci və ikinci liqalarda 2021/22 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatmadan əvvəl 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yeni mövsümün püşkü atılıb. Tədbirdə iştirakçı klubları maraqlandıran suallar da cavablandırılıb.

Birinci liqaya 7-8 oktyabrda, ikinci liqaya isə 10 oktyabrda start veriləcək.

Birinci liqa, 1-ci tur

Forza Neftçi – PASO FK
Yasamal İSK – Ulduz
Arenda.az – Qarabağ Füzuli
Metropoliten – Star Karqo
Şuşa – Baku Fire-2
ADBTİA – Zəngilan
Dəstə Ordubad – Standard

İkinci liqa, 1-ci tur

Advokat – Tim Sport
Baku Fire-3 – İSMA M.A. Baku
Borçalı – Dalğa
Baker Tilly – Bibi-Heybət
Xan-Lənkəran – Rəvan
Zülfüqar – Azərsu
Star Karqo-2 – Atletiko Baku

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button