“Mən birinci yeri tutmaq istərdim” – Enrike

İspaniya yığmasının baş məşqçisi Luis Enrike DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Yaponiya ilə görüşü (2:1) barədə danışıb.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, o, qrupu lider kimi başa vurmaq istədiklərini vurğulayıb:

“Mənim qeyd edəcəyim heç nə yoxdur. Bəli, pley-offa çıxdıq. Mən birinci yeri tutmaq istərdim. Yaponiya bütün komanda ilə müdafiə olunanda biz yaxşı çıxış etdik”.

E qrupunda Yaponiya 6 xal toplayaraq növbəti mərhələyə lider kimi vəsiqə qazanıb. 4 xal toplayan İspaniya millisi adını 1/8 finala yazdırmağı bacarıb.

Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button