Birinci divizionda püşkatma mərasimi keçiriləcək

Futbol üzrə Azərbaycan birinci divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, mərasim 11 avqustda AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Birinci divizionda yeni mövsüm 24 avqustda start götürəcək.