“Araz Naxçıvan”la “Mingəçevir” səfərdə, “Zaqatala” evdə qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan”la oyunda inamlı qələbəyə seviniblər. “Şamaxı”nın ikinci komandası isə MOİK-lə görüşdən heç-heçə ilə ayrılıb.

9 qolun vurulduğu “Zaqatala”nın “Səbail-2” ilə oyununda meydan sahibləri qələbə qazanıblar. “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçda da meydan sahibləri qələbəyə seviniblər. “Araz Naxçıvan” bu dəfə səfərdə “Kəpəz”in ikinci komandasına qalib gəlib. “Mingəçevir” isə “İmişli”ni 6 cavabsız qolla üstələyib.

Birinci divizion, 4-cü tur

13 sentyabr

Qarabağ-2 – Qaradağ Lökbatan 2:0
Qol: Elvin Nəsibov, 74; 84.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 16:00

Şamaxı-2 – MOİK 1:1
Qol: Sadiq Hüseynli, 87 – Samir Məmmədzadə, 90+4.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu, 16:00

14 sentyabr

Zaqatala – Səbail-2 5:4
Qol: Emin Quliyev, 3; 16; 29. Elnur İbragimov, 58. Cəlal Cəbrayılov, 89 – Balamirzə Soltanov, 9; 54. Taleh Qarayev, 10. Zeynəddin Abdurahmanov, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Kəpəz-2 – Araz Naxçıvan 1:2
Qol: Nihat Fərəci, 14 – Fərid Kərimzadə, 21. De Saboa İv Lüsyen, 64.
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə şəhər stadionu, (azarkeşsiz)16:00

İmişli – Mingəçevir 0:6
Qol: Ruslan Voronsov, 18; 45+2. Cavid Məmmədli, 20; 47. Tural Məmmədzadə, 33; 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Zirə-2 – Turan Tovuz-2 2:1
Qol: İlkin Muradov, 54. Samir Ağayev, 62 – Famil Camalov, 90+3-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
“ASK Arena”, 19:30

19 sentyabr

Sumqayıt-2 – Qəbələ-2
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
Sumqayıt şəhər stadionu, 16:00

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button