“Məni komandanın ən yaxşı futbolçusu seçdilər” – “Neftçi”nin sabiq üzvü

Bir müddət əvvəl Ekvadorun “Muşuk Runa” klubuna transfer olunan “Neftçi”nin keçmiş futbolçusu İqnasio Herrera yerli mətbuata müsahibə verib.

Komanda.az “prensafutbol.cl” saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, Azərbaycandakı günlərindən də danışıb:

“Həmin vaxt Rusiya, Qazaxıstan və Azərbaycan çempionatları ilə əlaqəli olan bir nümayəndə ilə söhbət etdim, mənə təklifini bildirdi. Maddi cəhətdən sərfəli təklif idi. Düşündüm və ailəmlə də bunu müzakirə etdik. Yekunda “Neftçi”yə keçməyi qərara aldım. Gedə biləcəyim ən yaxşı yer ora idi və mənə çox qapı açdı.

Başlanğıcda çətin olsa da, köhnə və zəngin tarixi olan sovet ölkəsi idi. Çox yaxşı kollektiv qurmuşduq və Avropa Liqasının təsnifat mərhələsində iştirak edirdik. Onlar məni komandanın ən yaxşı futbolçusu seçdilər. Bununla da, Azərbaycan qapısı üzümə açıldı. “Neftçi” Çilidə çox tanınmasa da, böyük klub idi.

“Neftçi” keçmiş SSRİ çempionatında iştirak etmiş, çoxsaylı azarkeşi, izləyicisi olan bir klubdur. Bakı getdikcə dünyaya açılan möhtəşəm bir şəhərdir. Orda iki fantastik il keçirdim, Avropa Liqasında oynamaq imkanım oldu”.

Herrera 2017/18 mövsümünü “Neftçi”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button