Zambiya, Qvatemala, Konqodan geridə qalan Azərbaycan

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı liqalarını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 324 xalla siyahıda 60-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası siyahıda Konqo, Çili, Zambiya, Qvatemala, Boliviya, Bolqarıstan kimi ölkələrin çempionatlarından geri qalıb.

Braziliya çempionatı 1406 xalla 1-ci pillədə qərarlaşıb. İngiltərə Premyer Liqası 1204 xalla 2-ci, İtaliya A Seriyası isə 1060,5 xalla 3-cü sırada yer alıb.