“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Cari mövsümdə Türkiyə Super Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzində olan son çempion “Beşiktaş” daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kevin Nkudu zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, ötən gün Super Liqanın 15-ci turu çərçivəsində “Kasımpaşa”ya qarşı keçirdikləri oyunda sıradan çıxıb. 1:1 hesabıyla bitən bu matçda ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Bu mövsüm “Beşiktaş”ın heyətində 9 oyunda meydana çıxan Nkudu 2 qol vurub. Fransız futbolçu zədə səbəbindən 11 oyunu da buraxmaq məcburiyyətində qalmışdı.

Yeri gəlmişkən, “Beşiktaş”da Josef de Souza və Velinton da “Kasımpaşa” ilə oyunda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Onlar da növbəti turda “Kayserispor”a qarşı forma geyinə bilməyəcəklər.

“Beşiktaş”da daha öncə qapıçı Mert Günok da uzun müddətə sıradan çıxıb. Bundan əlavə Aleks Teyşeyra, Gökhan Törə, Sərdar Saatçı və Miralem Pyaniç də zədədən əziyyət çəkir.