
“Beşiktaş” bu gün Salahın transferini elan edə bilər
“Beşiktaş” bu gün “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahın transferini rəsmən elan edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu artıq Salahın soyadı yazılmış oyun formalarını hazırlayıb və transferlə bağlı bütün təşkilati işləri yekunlaşdırıb.
Mənbənin iddiasına əsasən, keçidin bu gün rəsmən açıqlanacağı gözlənilir. Daha sonra misirli forvard üçün hava limanında təntənəli qarşılanma mərasimi təşkil ediləcək və “Beşiktaş”ın stadionunda müqavilənin imzalanma mərasimi keçiriləcək.
Bundan əvvəl də Türkiyə mətbuatı “Beşiktaş”ın Salahın transferi üzərində fəal işlədiyini və 34 yaşlı oyunçunu yay transfer dövründə əsas hədəf seçdiyini yazmışdı.
Salah bu yay “Liverpul”dan azad agent kimi ayrılıb.
Bizi Facebook-da izləyin



