“Beşiktaş” rəsmisindən Qurban Qurbanov açıqlaması

Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün əvvəl Sərgən Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir.

Komanda.az xəbər verir ki, məsələ ilə bağlı olaraq “Beşiktaş”ın idman direktoru Öndər Özen açıqlama verib.

O bildirib ki, hazırda yeni baş məşqçi ilə bağlı adlar dəqiqləşməyib:

“Qurban Qurbanovla bağlı hər hansı təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban müəllim çox dəyərli, son dərəcə uğurlu bir mütəxəssisdir və ona böyük hörmət bəsləyirik. Ancaq hazırda “Beşiktaş” klubunun gündəmində belə bir məsələ mövcud deyil. Sonda qeyd edim ki, yayılan xəbərlərin də klubla heç bir əlaqəsi yoxdur”. (“Teleqraf”)

Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button