
“Beşiktaş” “Bayern”in müdafiəçisinin transferini nəzərdən keçirir
“Beşiktaş” “Bayern”in müdafiəçisi Rafael Gerreyronu transfer etməyi düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qartallar” portuqaliyalı futbolçu üçün əsas namizəddir.
Baş məşqçi Sərgən Yalçın heyəti təcrübəli və yüksək səviyyəli futbolçularla gücləndirmək istəyir və 32 yaşlı müdafiəçi əsas hədəf kimi nəzərdən keçirilir.
Müdafiəçinin “Bayern”lə müqaviləsinin müddəti bu ilin iyununda bitəcək və bu, “Beşiktaş”a onu azad agent kimi transfer etməyə imkan verir.
O, bu mövsüm Münhen klubunda 24 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



