“Beşiktaş” baş məşqçi ilə vidalaşdı

“Beşiktaş” baş məşqçi Rıza Çalımbayla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar komandanın Super Liqanın son turunda ötən gecə evdə “Alanyaspor”a uduzmasından (1:3) sonra verilib. Çalımbay uğursuz çıxışa görə istefaya göndərilib.

Çalımbay ötən ay “Beşiktaş”a baş məşqçi təyin edilmişdi.

“Beşiktaş” hazırda Super Liqada 16 turdan sonra 26 xalla 5-ci sıradadır. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button