Benzemanın transferini gələn həftə açıqlayacaqlar – Ərəblər

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı hücumçu Kərim Benzema ilə müqavilə üzrə razılığa gəlib.

Komanda.az “Əl-Ekhbariya” telekanalına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilə müqavilə 2 mövsümlük olacaq.

Benzema gələn həftə “Əl-İttihad”a keçidini tamamlamaq üçün Səudiyyə Ərəbistanına dəvət olunub. Onun transferinin elan olunması gələn həftə gözlənilir.

Daha əvvəl “Əl-İttihad”ın fransalı hücumçuya illik 100 milyon avro təklif etdiyi bildirilirdi.

İyunun 4-də “Real” Benzemanın mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. O, ümumilikdə “kral klubu”nda 647 oyun keçirib, 353 qol vurub və 165 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button