Benzemaya ərəblərdən sərfəli təklif

“Real”ın futbolçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, o, bu ölkədən sərfəli təklif alıb. Fransalı oyunçu hesab edir ki, karyerasını bitirmək üçün doğru yer buradır.

Benzama “Real”daki gələcəyi ilə bağlı hazırda əmin deyil. “Kral klubu” da onunla yeni müqavilə imzalamağa tələsmir.

Benzemanın La Liqa klubu ilə sözləşməsi yayda sona çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button