Ərəblərdən Benzemaya təklif var

Fransalı oyunçu Kərim Benzema Səudiyyə Ərəbistanında futbol akademiyası aça bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı klublarından birinin futbolçuya təklif etdiyi sözləşmədə yer alan şərtlərdəndir.

Cari mövsümün sonunda Benzemanın “Real”la müqaviləsi sona çatacaq və o, azad agent statusu qazanacaq. Lakin 35 yaşlı hücumçu daha bir il “Real”da qalmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button