Benzema Ronaldonun etdiyini edəcək

“Real”ın hücumçusu Kərim Benzema yüksək səviyyədə çıxışını davam etdirmək üçün iş yükünü xeyli azaldacaq.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, fransalı hücumçu İspaniya çempionatında və Çempionlar Liqasında əsas rəqibləri ilə matçlara hazır olmaq üçün “Real”dakı son mövsümündə daha az əhəmiyyətli səfər oyunlarını buraxan Kriştiano Ronaldonu nümunə götürmək qərarına gəlib. Benzema hesab edir ki, 35 yaşında və son zədələrini nəzərə alsaq, daha az yüklənmə onun mövsümün sonuna qədər yaxşı formada qalmasına imkan verəcək.

Benzema bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button