Benzema Messiyə çatdı

“Real” UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə “Liverpul”u məğlub edib (5:2).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma La Liqa klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

36 yaşlı futbolçu matçda dubla imza ataraq ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Öncədən bunu argentinalı futbolçu Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/06 mövsümündən bəri Çempionlar Liqasında qol vurur.

“Real” – “Liverpul” cütünün cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button