“Benzema dünyanın ən yaxşı hücumçularından biridir”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Real”ın hücumçusu Kərim Benzemanın çıxışı haqda danışıb.

Komanda.az “BeİN Sports”-a istinadən xəbər verir ki, Venger, Benzemanı dünyanın ən yaxşı hücumlarından biri adlandırıb:

“Benzema 30 yaşına qədər çəkisinə iki və ya üç kilo əlavə etdi. İndi o, əla idmançıdır, dünyanın ən yaxşı hücumçularından biridir”.

34 yaşlı Benzema Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə cavab oyununda (3:1) penaltidən qol vurub.

MS ilk görüşdə “Real”a 4:3 hesabı ilə qalib gəlib. Cavab oyununda 3:1 hesabı ilə qələbə qazanan “Real” turnirin finalına yüksəlib. “Real” mayın 28-dəki final oyununda “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button