“Bəzən futbolu izah etmək çox çətin olur” – Mourinyo

İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində öz meydanında “Vest Hem”lə 3:3 hesablı heç-heçəyə razılaşan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, vacib xallar itirdiklərini bildirib:

“Bəzən futbolu izah etmək çox çətin olur. Oyunun son saniyələrinədək qol vurmaq şansımız oldu. İkinci hissədə qol vura bilmədik, amma bunu edə bilərdik. Rəqibdən daha yaxşı idik və daha çox şansımız vardı. Dördüncü qolu vurmağa və oyunun taleyini dəyişdirməyə yaxın idik. Belə oyunların öhdəsindən gəlmək üçün daha güclü olmalıyıq.

Bu, Premyer Liqadır, hər komandanın gücü, sahib olduğu inamı var. Vacib iki xal itirdik. Yaxşı oyun göstərib, çox qol vurduqdan sonra 8 xala sahib olduğumuzu görmək inanılmazdır”.