Bekhemin oğlu milyarderin qızı ilə evləndi – FOTOLAR

İngiltərə millisinin sabiq futbolçusu, MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibi Devid Bekhemin böyük oğlu Bruklin Nikola Enn Peltslə evlənib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, çoxdan gözlənilən toy dünən axşam baş tutub. Bruklinin evləndiyi Nikola milyarder Nelson Peltsin qızıdır. Cütlük nikahdan əvvəl razılaşma əldə edib. Toy Florida ştatının Palm Springs şəhərində, 1,6 milyard dollar sərvəti olan Nelson Peltsin malikanəsində baş tutub. Nelson Peltsin qızının toyu üçün 4 milyon dollar xərclədiyi iddia edilir.

Bruklin Bekhem ailə qurduqdan sonra xanımının soyadını daşımağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button