Bayramovun “bürünc” uğrunda görüşdəki rəqibi bilindi

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşündəki rəqibi bəlli olub.

Güləş federasiyasından Komanda.az-a verilən məlumata görə, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gələcək. Kaprayev təsəlliverici görüşdə polşalı Kamil Rıbitskini məğlub edib.

Bu gün sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl və 92 kq-da mübarizə aparan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Mayls Nazem Amin (San Marino), Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.

Daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.

Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button