ÇL: “Ciddi və mütəşəkkil oynamaq istəyirik” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bayern”lə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu matçın çətin olacağını deyib:

“Bu matç bizim 1/8 finala yüksəlməyimizə təsir etməyəcək, lakin Avropanın ən yaxşı komandalarından birinə qarşı oynamaq ciddi problemdir. Biz ciddi və mütəşəkkil oynamaq istəyirik. Çətin olacağını başa düşürük, çünki rəqibin soyuqqanlı, güclü heyəti var”.

“İnter” 10 xal toplayıb və C qrupunda 2-cidir, “Bayern” 15 xalla liderdir.

“Bayern” – “İnter” matçı noyabrın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button