Levandovski dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirdi

“Bayern”in və Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Levandovski, bu fikrin tərəfdarı olmadığını söyləyib:

“Bu fikirlə razı deyiləm. Bu qədər oynayırıq və ağır həftələr keçiririk. Gələcəyi düşünmək lazımdır. Futbolçular səviyyələrini qorumaq üçün istirahət etməlidir. Dünya çempionatının iki ildən bir keçiriləcəyinə inanmıram”.

FİFA dünya çempionatlarının keçirilmə müddətiylə bağlı qərarı ilin sonunda verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button