“Bayern”in baş məşqçi postuna əsas namizəd odur

“Bayern” baş məşqçi postu üçün namizədini müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen komandasında baş məşqçi postuna əsas namizəd Almaniya millisi ilə müqaviləsi yayda başa çatacaq Yulian Naqelsmanndır.

Klubun idman direktoru Maks Eberlin ötən ilin martında “Bayern”dən qovulan Naqelsmannın geri qayıtmasının böyük dəstəkçisi olduğu bildirilir. Lakin onun namizədliyi ilə bağlı yekun qərar hələ verilməyib.

“Bayern” yayda hazırkı baş məşqçisi Tomas Tuxelə yollarını ayıracağı üçün ona 12 milyon avro təzminat ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button