Müller: “Hər üç rəqibimiz futbol oynamağı bacarır”

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasında qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı hücumçu, “Barselona” (İspaniya), “Dinamo” (Kiyev, Ukrayna) və “Benfika” (Portuqaliya) ilə eyni qrupa düşmələrinə belə münasibət bildirib:

“Qrupdakı rəqiblərimiz Çempionlar Liqasında böyük təcrübəyə malik komandalardır. Həm “Benfika”, həm “Barselona”, həm də “Dinamo” uzun illərdir ki, qrupda oynayırlar. Hər üç rəqibimiz futbol oynamağı bacarır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button