Tuxel “Qarabağ”ın rəqibi ilə oyun haqda: “Nə deməyimin heç bir əhəmiyyəti yoxdur”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 4-cü turunun matçında “Bayer”lə (Leverkuzen) heç-heçə (2:2) haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tuxel oyunla bağlı bunları söyləyib:

“Bizim yaxşı 20 dəqiqəmiz var idi və oyunun taleyini həll edə bilərdik. Amma gözlənilmədən pis 20 dəqiqəmiz oldu. İkinci hissədə də hadisələr eyni şəkildə inkişaf etdi: gah oyuna nəzarət edirdik, gah da heç nəyə nəzarət etmirdik. Sonda elə bil ki, ikinci qolu vuraraq, şanslı yumruq vurduq, lakin bundan sonra hər şey əleyhimizə oldu. İndi mənim nə deməyimin heç bir əhəmiyyəti yoxdur”.

“Bayer” 4 oyundan sonra 10 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Bayern” 2-ci yerdədir (10 xal).

“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button