“Bayern”də yeni müqavilə – rəsmi

“Bayern” hücumçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.

Müller “Bayern”in yetirməsidir. Onun klubla əvvəlki müqaviləsi 2023-cü ildə başa çatırdı.

Müller bu mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxıb, 7 qol vurub və 20 məhsuldar ötürmə edib.

“Bayern” bu mövsüm ardıcıl 10-cu dəfə Almaniya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button