“Bayern”dən “Sevilya”ya 16 milyonluq transfer

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniya çempionu “Bayern”dən Tangi Nyanzunu transfer edib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

“Sevilya” bu transferə görə Almaniya nəhənginə 16 milyon avro ödəyib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Nyanzu PSJ-nin yetirməsidir. Mərkəz müdafiəçisi “Bayern”ə 2020-ci ildə azad agent kimi keçmişdi. O, Münhen təmsilçisinin əsas komandasında 28 oyuna çıxıb, 1 qol vurub. Nyanzu Fransanın gənclərdən ibarət yığmasının da üzvüdür.