Almaniya klubu Vlahoviçlə danışıq aparıb

“Bayern” yenidən “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanmağa başlayıb.

Məlumata görə, 26 yaşlı futbolçunun Turin klubu ilə gələn ay başa çatacaq müqaviləsinin müddətini uzatmaq ehtimalı olduqca aşağıdır.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq Vlahoviçlə əlaqə saxlayıb və onu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. “Bayern” serbiyalı forvardı Harri Keynə etibarlı alternativ kimi görür.

Vlahoviçlə “Nyukasl”la “Napoli”nin də maraqlandığı bildirilir.

O, ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 23 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib. Vlahoviç 2022-ci ilin əvvəlindən Turin klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button