
Millidə debüt etdi, top-klubların hədəfinə çevrildi
“Kristal Pelas”ın müdafiəçisi Maksens Lakrua yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Aston Villa”, “Bayern”, “Çelsi” və “Liverpul” bu yaxınlarda Fransa millisində debüt edən, Braziliya yığması üzərində 2:1 hesablı qələbədə (yoxlama oyunu) pay sahibi olan futbolçu ilə maraqlanır.
25 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Kristal Pelas”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



