
Almaniya klubu Vlahoviç üçün danışıqlara hazırlaşır
“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Bayern”in maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu azad agent kimi Turin klubundan ayrıla bilər, çünki tərəflər hələ də müqavilənin vaxtının uzadılması barədə razılığa gələ bilməyiblər. “Bayern” vəziyyəti izləməyə davam edir. Münhen klubu may ayının sonlarına qədər 26 yaşlı futbolçu ilə danışıqlar planlaşdırıb.
Vlahoviç şənbə günü “Yuventus”un “Leççe”ni 1:0 hesabıyla məğlub etməsinə kömək edərək, oyunun 12-ci saniyəsində qol vurub. O, bu mövsüm “qoca sinyora”nın heyətində 21 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



