“Bayern” baş məşqçi məsələsində qərar verib

“Bayern” Yurgen Klopp və Xabi Alonso uğrunda mübarizədən imtina etmək qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya nəhəngi baş məşqçi postuna müvəqqəti mütəxəssis təyin etmək və adıçəkilən məşqçilərdən birinin gəlişini gözləmək istəmir. “Bayern” rəhbərliyi komandaya uzunmüddətli məşqçi təyin etmək istəyir.

Münhenliləri məqsədi gələn il Çempionlar Liqasının finalına çıxmaqdır ki, həmin oyun klubun doğma stadionu “Alyanz Arena”da keçiriləcək.

“Bayern”in hazırkı baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda komandanı tərk edəcək. Komanda uzun müddətdən sonra ilk dəfə bu mövsüm Almaniya çempionu ola bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button