
“Bayern” ingiltərəli futbolçu ilə maraqlanır
“Bayern” Dortmund “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Ceymi Bynoe-Gittenslə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli vinger Münhen klubunun hücum cinahında oynamağa əsas namizədlərdən biridir.
20 yaşlı futbolçu bu mövsüm Bundesliqada 26 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



