“Ronaldo “Bavariya” üçün çox yaşlıdır”

“Bavariya”nın prezidenti Herbert Hayner “Yuventus”un futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı funksioner, portuqaliyalı hücumçuyla maraqlanmadıqlarını deyib:

“Əlbəttə, mətbuatda bir neçə futbolçudan bəhs edilir. Bunu başa düşə bilərik. Ancaq bu adların içində Kriştiano Ronaldo yoxdur. Ronaldo “Bavariya” üçün çox yaşlıdır”.

35 yaşı olan Ronaldo bu mövsüm “Yuventus”un heyətində iştirak etdiyi 27 oyunda 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button