“Əminəm ki, “Çelsi” Avropanın ən yaxşı komandası deyil” – Müller

“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/8 finalında “Çelsi”ylə qarşılaşacaqları ilk matçla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Müller, London klubuyla bağlı görüş haqda bunları deyib:

“Çelsi”nin yaxşı istedadı olan çoxlu futbolçusu var. Oyuna yaxşı hazırlaşmışıq. Əminəm ki, “Çelsi” Avropanın ən yaxşı komandası deyil. Buna görə də, onlardan qorxmamalıyıq”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Çelsi” – “Bavariya” matçı sabah, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button