Koutinyo müəmması

Son mövsümü icarə əsasında “Bavariya”da keçirən “Barselona”nın futbolçusu Filippe Koutinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, Çempionlar Liqasının finalında PSJ-yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra İspaniya mətbuatına danışan braziliyalı futbolçu, Münhen klubundan ayrılacağını bildirib:

“Müqavilə ilə məxsus olduğum komandaya qayıtmalıyam. Növbəti mövsümü yüksək səviyyədə keçirmək üçün çox çalışacam. “Barselona”da qalıb-qalmayacağımı bilmirəm. Qarşıdakı mövsümü harda keçirəcəyimi düşünməmişəm”.

Koutinyonun Kataloniya klubu ilə 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var. “Barselona” 28 yaşlı futbolçunun xidmətində maraqlı deyil və onu satmağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button