“Bavariya”dan “Çelsi”yə?

“Bavariya”dan ayrılacağı deyilən David Alaba İngiltərə klubunun transfer hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, avstriyalı müdafiəçi “Çelsi”nin maraq dairəsindədir. London klubunun baş məşqçisi Frenk Lempardın müdafiənin sol cinahını Alaba ilə gücləndirmək niyyətində olduğu deyilir. “Zadəganlar”ın 27 yaşlı futbolçu üçün “Bavariya”ya təzminat qiyməti olan 60 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

2010-cu ildən “Bavariya”da forma geyinən müdafiəçinin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Bu mövsüm 17 oyuna çıxan Alaba, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button