“Bavariya” “Milan”a şərik oldu

“Bavariya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Lion”a 3:0 hesabı ilə qalib gələrək, finala adlayıb.

Komanda.az xəbər verir ki, Münhen klubu tarixində 11-ci dəfə turnirin finalına vəsiqə qazanıb. Bununla da, onlar bu göstəricidə “Milan”a şərik olublar. “Qırmızı-qaralar” da turnirin tarixində 11 dəfə finala vəsiqə qazanıb. “Bavariya” ilə “Milan” bu göstəricidə “Real”dan geri qalır. “Kral klubu” turnirdə rekord sayda – 16 dəfə finalda iştirak edib və 13 dəfə qalib olub.

“Bavariya” turnirin final oyununda PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button